Ermənistanda koronavirusa yoluxanların sayı 51 mini keçib 

15:00 02.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxma halları kütləvi hal alıb. Son 24 saat ərzində ölkədə daha 532 nəfərdə koronavirus təsdiqlənib.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 51 min 532-yə yüksəlib.

Pandemiya qurbanlarının sayı isə 966-ya çatıb, onların da 3-ü son sutka ərzində ölüb.

Hazırda ölkədə 5 min 709 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.